Corc Fen | |
---|---|
ing. George Fan | |
| |
Doğum tarixi | 1978 |
Milliyyəti | Amerikan |
Təhsili | Berkli Kaliforniya Universiteti |
Fəaliyyəti |
videooyun dizayneri yaradıcı direktor |
Fəaliyyət illəri | 2000–hal-hazırda |
Tanınır |
Insaniquarium Plants vs. Zombies Octogeddon |
Corc Fen (ing. George Fan; d. 1978) — ABŞ videooyun dizayneri. O, hazırda "All Yes Good" indi oyun studiyasının yaradıcı direktoru kimi çalışır. Fen "Insaniquarium" (2001), "Plants vs. Zombies" (2009; eyniadlı videooyun franşizasının əsasını qoydu), "Octogeddon" (2018) və "Hardhat Wombat" (2023) oyunlarının dizayneri olmuşdur. O, oyun dizaynerliyinə başlamazdan öncə təhsil aldığı Berkli Kaliforniya Universitetini 2000-ci ildə informatika elmi dərəcəsi ilə bitirmişdir. Məzun olandan sonra karyerasına "Arcade Planet"in veb-saytı olan "Prizegames.com" üçün oyunlar hazırlamaqla başlamışdır. Nəhayət "Flying Bear Entertainment"i təsis etmiş və Müstəqil Oyunlar Festivalında[ing.] finalçı olmuş "Insaniquarium" oyununu yaratmışdır. Daha sonra "Blizzard Entertainment"də işləməyə başlamışdır. Eyni zamanda "PopCap Games[ing.]" üçün "Insaniquarium"u daha da inkişaf etdirmiş və 2004-cü ildə oyunun "Deluks" versiyasını təqdim etmişdir.
Daha sonra Fen "Blizzard"dan ayrılmış və "Plants vs. Zombies"i inkişaf etdirməyə başlamışdır. O, onu bir komanda ilə təmin edən "PopCap"ın daimi işçisi olmuşdur. 2009-cu ildə buraxıldıqdan sonra "Plants vs. Zombies" "PopCap"in ən çox satılan oyunu olmuşdur. "Electronic Arts" 2011-ci ildə "PopCap Games"ı satın almış və Fen EA-in 2012-ci ildə "Plants vs. Zombies 2" üçün "ödə və qazan oyunu" modelini tətbiq etmə ideyasına qarşı çıxdığı üçün işdən çıxarılmışdır. O, "Octogeddon"u inkişaf etdirməyə başlamış və oyunu 2012-ci ildə "Ludum Darer[ing.]" oyun müsabiqəsinə təqdim etmişdir. Fen Riç Verner və Kert Pfeffer ilə birlikdə "All Yes Good" adlı şirkət təsis etmiş və "Octogeddon"u buraxıldığı 2018-ci ilə qədər daha da inkişaf etdirmişdir. O, daha sonra 26 oktyabr 2023-cü ildə buraxılmış "Hardhat Wombat"i inkişaf etdirmişdir.